Mourinyo müzakirələrə nöqtə qoydu: “Real”ın inkişafı üçün nə lazımdır?

Mourinyo müzakirələrə nöqtə qoydu: “Real”ın inkişafı üçün nə lazımdır?
14.09.2026 15:01 İdman

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo daha əvvəl səsləndirdiyi və böyük müzakirələrə səbəb olan “Daha üç ay və siz görmək istədiyiniz “Real”ı görəcəksiniz” fikrini şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. 

Portuqaliyalı mütəxəssis dediklərinin tam olaraq necə anlaşılmalı olduğunu açıqlayıb:

“Mən üç ay vaxt istəyirəm, başqaları isə on il istəyir… Bəlkə də fikrimi tam dəqiq ifadə etməmişəm. Demək istəyirdim ki, üç ay ərzində komandanı bugünküdən daha yaxşı etmək istəyirəm. Lakin üç ay ərzində inanılmaz bir səviyyəyə çatmağımıza imkan verəcək heç bir sehrli formulum yoxdur. Hər matçda və hər məşqdə məqsəd inkişaf etməkdir. Komanda bir yerdə nə qədər çox oynayarsa və məşqçi nə qədər uzun müddət işləyərsə, daha da güclənmək şansı bir o qədər çox olar”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər