Rinqdə Avropa həyəcanı: Boksçularımız Sofiyada tam heyətlə gücünü göstərəcək

Rinqdə Avropa həyəcanı: Boksçularımız Sofiyada tam heyətlə gücünü göstərəcək
14.09.2026 16:52 İdman

Sentyabrın 17-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı start götürəcək.

TodayPress TV xəbər verir ki, doqquz gün davam edəcək reytinq xarakterli yarışda 40 ölkədən 400-dən çox idmançı mübarizə aparacaq. Azərbaycan millisi bu turnirdə 11 dəri əlcək ustası ilə təmsil olunacaq.

Yığmamız kişi boksçuların yarışında tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev və məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev, Mehman Quliyev heyətdə aşağıdakı idmançılara şans verəcəklər:

Kişilərdən ibarət heyət: Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayev (+90 kq).

Qadınların yarışı: Məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Zeynəb Rəhimova (54 kq) ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, çempionatda Anar Babanlı hakim qiymətləndiricisi kimi fəaliyyət göstərəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər