Ermənilərin növbəti biabırçılığı – boş səhifələri "Ermənistan tarixi" kimi sırımağa çalışdılar
Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlara Ermənistanın "qədim keçmişi" kimi sırınmaq istənilən eksponatlar böyük bir biabırçılıqla nəticələnib. Təqdim olunan "əsrəbəşər" kitabların sırf birinci səhifəsinin yazılı olduğu, qalan vərəqlərin isə qup-quru, ağ kağızdan ibarət olduğu üzə çıxıb.
TodayPress TV xəbər verir ki, diplomatik korpusu şoka salan bu mənzərəni keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov özünün "Facebook" səhifəsində ictimailəşdirib.

T. Zülfüqarovun bu paylaşımı qısa zamanda həm yerli, həm də regional mediada geniş rezonans doğurub.
Təcrübəli diplomat bu biabırçılıq fonunda başqa bir mühüm tarixi və hüquqi detala da diqqət çəkib:
"Ermənistanda 2024-cü ilə qədər məktəblərdə “Ermənistan tarixi” adlı fənn ümumiyyətlə olmayıb".
O, məsələ ilə bağlı süni intellektə sual ünvanlayıb və aldığı cavabı təqdim edib.
Süni intellektin cavabı məsələnin kökündəki boşluğu tam çılpaqlığı ilə ortaya qoyur. Məlum olur ki, sovet illərindən bəri məktəblərdə keçilən fənn “Erməni xalqının tarixi” adlanıb. Bunun da əsas səbəbləri:
Real dövlətin olmaması: Əsrlər boyu ermənilərin vahid, müstəqil dövlətçilik institutunun bulunmaması.
Coğrafi iddialar və pərakəndəlik: Tarixi hadisələrin indiki Ermənistanda deyil, Osmanlı, Fars, Bizans kimi müxtəlif imperiyaların ərazisində cərəyan etməsi.
İdeoloji manevr: Ərazi iddiası yaratmamaq üçün Moskvanın diqqəti dövlətə deyil, etnik qrupun inkişafına yönəltməsi.
Yalnız 2024-cü ildə Ermənistan rəhbərliyi diqqəti xalqın pərakəndə keçmişindən "dövlətçilik" anlayışına yönəltmək üçün fənnin adını rəsmi şəkildə “Ermənistan tarixi”nə dəyişib.
Tofiq Zülfüqarov isə diplomatlara göstərilən ağ səhifəli kitablarla bu uydurma konseptual dəyişiklikləri eyni tərəziyə qoyaraq paylaşımını acı bir ironiya ilə bitirib:
“Koka-kola imiş, hə? İnanarıq...”
Jalə Rövşən