Türkiyə Səudiyyə Ərəbistanını qoruma altına aldı - "AKINÇI"lar səmada

Türkiyə Səudiyyə Ərəbistanını qoruma altına aldı - "AKINÇI"lar səmada
14.09.2026 15:24 Dünya

Səudiyyə Ərəbistanı Türkiyənin ağır zərbə dronları ilə təchiz olunmuş geniş pilotsuz uçuş aparatı qüvvəsi formalaşdırır.

TodayPress TV xəbər verir ki, xarici KİV-in məlumatına görə, ilkin sifarişin təxminən 60 ədəd AKINCI zərbə dronundan ibarət olduğu bildirilir.

Artıq çatdırılmaların başladığı və pilotsuz uçuş aparatlarının Səudiyyə Ərəbistanı hərbçiləri tərəfindən idarə edildiyi qeyd olunur.

Türkiyənin Baykar şirkəti tərəfindən istehsal olunan AKINCI 1 500 kiloqrama qədər faydalı yük daşıya, 45 min futdan yüksək hündürlükdə uça və uzunmüddətli kəşfiyyat, müşahidə və zərbə missiyaları həyata keçirə bilir.

Dron MAM-L, MAM-C və MAM-T kimi dəqiq idarə olunan sursatlarla yanaşı, SOM-A qanadlı raketini də daşımaq imkanına malikdir. Bu xüsusiyyət AKINCI-yə uzaq məsafədən zərbə imkanları qazandırır.

Bildirilir ki, donanmanın genişləndirilməsi Səudiyyə Ərəbistanını Yaxın Şərqdə Türkiyə istehsalı döyüş dronlarının ən böyük operatorlarından birinə çevirə və ölkənin hava hücum imkanlarına yeni bir təbəqə əlavə edə bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər