“Baku Electronics”dən ŞİKAYƏT — Defektli malı qaytarmaq üçün əlavə pul tələb olunur ?

“Baku Electronics”dən ŞİKAYƏT — Defektli malı qaytarmaq  üçün əlavə pul tələb olunur ?
14.09.2026 17:37 Sosial
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki,  sentyabrın 6-da "Baku Electronics"in Sumqayıt, Sülh Plaza filialından nağd ödənişlə anbardan tam bağlı paketdə paltaryuyan maşın alınıb. Sentyabrın 8-də evə çatdırılan məhsulun ertəsi gün defektli olduğu aşkarlanıb. Mağazaya müraciət edildikdə isə rəhbərlik "təslimat sənədinə qol çəkmisiniz" deyərək məhsulun yenisi ilə dəyişdirilməsindən və ya pulun tam qaytarılmasından imtina edib.

Şirkət nümayəndələri dəymiş zərərin müəyyən faizinin istehlakçının ödənişindən tutulacağını bildirib və üstəlik, məhsulun servisə aparılması üçün vətəndaşdan əlavə 35 AZN daşıma haqqı tələb edir. Şikayətçi isə ödənilən məbləğin tam şəkildə geri qaytarılmasını tələb edir. 

Bəs belə olan halda müştərinin hansı hüquqları var və nə etməlidir ?

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov  TodayPress TV - yə açıqlamasında bildirib ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, əgər satıcı maldakı qüsuru qəbul edirsə, istehlakçı həmin qüsura uyğun olaraq malın qiymətinin müəyyən faiz aşağı salınmasını tələb edə bilər:

"Bu, istehlakçının hüququdur. Lakin qüsur sübut olunmadıqda malın qiymətinin aşağı salınmasına nail olmaq çətinləşir. Əgər məhsul işlək vəziyyətdədirsə və zavod qüsuru yoxdursa, satıcı istehlakçı ilə razılaşma əsasında ödənilən məbləğin tam qaytarılmasına qərar verə bilər. Bunun üçün satıcının məhsuldakı qüsuru qəbul etməsi əsas şərtlərdən biridir".

Ekspert isehlakçılara mal alarkən onu yerindəcə diqqətlə yoxlamağı tövsiyyə edib:

"Xüsusilə məhsul evə çatdırıldıqda, qəbul etməzdən əvvəl onun vəziyyətinə baxmaq və hər hansı qüsur aşkar edilərsə, bunu dərhal bildirmək lazımdır. Məhsul qüsurlu vəziyyətdə olduğu halda qəbul sənədinə imza atılıbsa, sonradan həmin qüsurun mövcudluğunu sübut etmək istehlakçının üzərinə düşə bilər".

Eyyub Hüseynov əlavə edib ki, istehlakçı öz hüquqlarını qorumaq istəyirsə, Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 1002 və (012) 599-76-00 nömrələri ilə müraciət edə bilər. 

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

Jalə Rövşən 

FOTOLAR

“Baku Electronics”dən ŞİKAYƏT — Defektli malı qaytarmaq  üçün əlavə pul tələb olunur ? — 1
“Baku Electronics”dən ŞİKAYƏT — Defektli malı qaytarmaq  üçün əlavə pul tələb olunur ? — 2
XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər