İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı

İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı
05.08.2026 14:47 Araşdırma

Yay aylarında bir çox insanın ünsiyyətdən uzaq durmaq istəməsinin səbəbi təkcə yorğunluq deyil.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı psixoloq Anastasiya Andriyan məlumat verib.

O bildirib ki, isti hava orqanizmi enerjiyə qənaət rejiminə keçməyə məcbur edir və bu da sosial ünsiyyətə marağın azalmasına səbəb olur.

Onun sözlərinə görə, orqanizm isti havada ilk növbədə bədən temperaturunu tənzimləməyə çalışır. Bu proses əlavə enerji tələb etdiyindən, psixika həyati əhəmiyyət daşımayan fəaliyyətləri, o cümlədən uzun ünsiyyəti arxa plana keçirir.

Psixoloq qeyd edib ki, yüksək temperatur insanın qıcıqlanmasını da artırır. Normal şəraitdə insanları daha rahat qəbul etməyə kömək edən psixoloji dözümlülük istidə zəifləyir. Nəticədə, hətta yaxın insanlarla ünsiyyət belə əlavə yük və narahatlıq kimi hiss oluna bilər.

Mütəxəssis əlavə edib ki, sosial ünsiyyət diqqət, uyğunlaşma və emosional enerji tələb edir. İsti havada isə insanlar bu enerjini sərf etmək istəmir, daha çox sakitlik və tək qalmağa üstünlük verirlər.

Anastasiya Andriyanın fikrincə, bu davranışın təkamül səbəbləri də var. O bildirib ki, bir çox canlı kimi insanlar da isti havada hərəkəti və aktivliyi azaldaraq kölgə və sakit mühit axtarmağa meyllidirlər.

Türkan isgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər