Çempionlar Liqasında arzuolunmaz hadisə: PSJ araşdırmaya başladı!

Çempionlar Liqasında arzuolunmaz hadisə: PSJ araşdırmaya başladı!
26.11.2026 11:16 İdman


PSJ klubunun bir neçə abonement sahibi UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Roma” ilə keçirilən qarşılaşma zamanı irqçi təhqirlərə və nasist salamlarına şahid olduqlarını bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilib ki, Parisdəki “Park de Prens” stadionunun tribunalarında əyləşən azarkeşlər qonaq komandanın tərəfdarlarının olduğu sektordan irqçi şüarlar səsləndirildiyini iddia ediblər. Bəzi azarkeşlər bu ifadələrin italiyalı fanatlar tərəfindən parisli tərəfdarlara ünvanlandığını bildiriblər.

Digər şahidlər isə “Roma” azarkeşlərinin nasist salamı nümayiş etdirdiklərini gördüklərini qeyd ediblər.

PSJ rəhbərliyi daxil olan məlumatlara ciddi yanaşdıqlarını açıqlayıb. Klub hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Bundan əlavə, paris təmsilçisinin nümayəndələri məsələ ilə bağlı məlumatı oyunun nümayəndələrinə də çatdırıblar.

Qeyd edək ki, PSJ - “Roma” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Namiq HUN

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər