Simonyan Azərbaycana gəlir - ünvan Bakı olmayacaq
Ermənistan parlamentinin sədri Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
Simonyan səfərin Bakıya deyil, Gəncəyə və ya Azərbaycanın başqa bir şəhərinə baş tutacağını bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Simonyan, həmçinin Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarıldığını qeyd edib. O bildirib ki, müzakirələrin məqsədi vətəndaşların təklif və rəylərini öyrənməkdir.