Dambrauskas diplomatiya sahəsində xüsusi mükafata layiq görüldü

Dambrauskas diplomatiya sahəsində xüsusi mükafata layiq görüldü
26.11.2026 12:28 İdman

Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskasa “Litvanın Diplomatiya Ulduzu” mükafatını təqdim edib.

TodayPress TV xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Kestutis Budris futbolun diplomatiyada mühüm rol oynadığını vurğulayıb.

“Bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, daha cəlbedici bir sahəni - futbolu da əhatə edir. ‘Sabah’ futbol klubunun baş məşqçisi və komandanı Çempionlar Liqasına çıxaran ilk litvalı mütəxəssis Valdas Dambrauskasa ‘Litvanın Diplomatiya Ulduzu’ mükafatını təqdim etməkdən qürur duyuram.

Fədakarlığınıza, gərgin əməyinizə və Litvanı dünya futbol ictimaiyyəti arasında tanıtdığınıza görə təşəkkür edirəm”, – deyə nazir bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər