Paşinyan rus sərhədçilərindən Ermənistanı tərk etmələrini istəyib

Paşinyan rus sərhədçilərindən Ermənistanı tərk etmələrini istəyib
26.11.2026 14:00 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dövlət sərhədlərinin mühafizəsi ilə bağlı məsuliyyətin mərhələli şəkildə tamamilə Ermənistanın öz sərhəd qoşunlarına ötürülməsinin vacibliyini bəyan edib.

TodayPress TV Ermənistan mətbuatına istinadən məlumat verir ki, Paşinyan Rusiya sərhədçilərinin uzun illər Ermənistanın sərhədlərinin mühafizəsində xidmət göstərdiyini xatırladaraq onlara təşəkkür edib.

Baş nazir bildirib ki, qarşıdakı illərdə Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyəti tamamilə öz üzərinə götürməlidir.

Qeyd edək ki, Paşinyan noyabrın 2-də Ermənistan parlamentində 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı da bu məsələyə toxunub. O, ölkənin bütün dövlət sərhədlərinə nəzarətin mərhələli şəkildə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilməsinin nəzərdə tutulduğunu bildirib.

Hazırda Ermənistanın Türkiyə və İranla sərhədlərinin bəzi hissələrində Rusiya sərhədçiləri erməni hərbçilərlə birgə xidmət aparırlar.

TodayPress TV

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər