Yaponiya Rusiyanın "burnunun dibinə" raketlər yığır - VİDEO

Yaponiya Rusiyanın "burnunun dibinə" raketlər yığır - VİDEO
26.11.2026 12:53 Dünya

Yaponiya Rusiyanın Uzaq Şərqinə yaxın ərazidə hipersəs raketlərinin yerləşdirilməsinə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə Nikkei və NHK məlumat yayıb.

Məlumata görə, Yaponiya dekabrın əvvəlində Hokkaydo adasının mərkəzində yerləşən Kamifurano hərbi bazasına Type 25 yüksək sürətli sürüşmə raketlərini çatdıracaq. Raketlərin yerləşdirilməsinə isə çatdırılmadan dərhal sonra başlanacaq.

Qeyd edək ki, Yaponiyanın öz istehsalı olan bu raketlər bir neçə yüz kilometr mənzilə malikdir və ada müdafiəsi, eləcə də əks-hücum əməliyyatları üçün nəzərdə tutulub. Tokio gələcəkdə onların uçuş məsafəsini 1000–2000 kilometrə çatdırmağı planlaşdırır.

Yaponiya bu raketləri ilk dəfə mart ayında Fuci hərbi bazasında yerləşdirib. Növbəti mərhələdə isə Miyazaki prefekturasında yerləşən bazada da belə raketlərin yerləşdirilməsi nəzərdə tutulur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər