Yaş onun üçün sadəcə rəqəmdir: Lebron Ceymsdən mövsümün ən yaxşı oyunu!
NBA-nın dördqat çempionu, “Filadelfiya” klubunun 41 yaşlı amerikalı basketbolçusu Lebron Ceyms cari mövsümdə eyni anda iki şəxsi rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, o, NBA Kuboku çərçivəsində “Mayami Hit”ə qarşı keçirilən və 111:104 hesabı ilə başa çatan qarşılaşmada 25 xal toplayıb, 10 ribaund edib və 12 məhsuldar ötürmə verib.
Bununla da basketbolçu cari mövsümdə xal və məhsuldar ötürmə göstəriciləri üzrə şəxsi rekordlarını yeniləyib.
Ceyms bundan əvvəl “Portlend Treyl Bleyzers”lə matçda 23 xal toplamış, “İndiana Peysers”lə görüşdə isə 11 məhsuldar ötürmə vermişdi. Bundan əlavə, təcrübəli basketbolçu ribaund sayına görə mövsümün şəxsi rekordunu təkrarlayıb.
Qeyd edək ki, Lebron Ceyms “Filadelfiya”nın heyətində ilk dəfə tripl-dabl edib.
Namiq HUN