Fransalı ulduzun açıqlaması NBA-da söz-söhbətə səbəb oldu

Fransalı ulduzun açıqlaması NBA-da söz-söhbətə səbəb oldu
26.11.2026 11:40 İdman

Amerikalı “ESPN” jurnalisti Maykl Rayt NBA-nın bəzi basketbolçularının “San-Antonio Spörs” klubunun 22 yaşlı fransalı mərkəz oyunçusu Viktor Vembanyamaya münasibətindən danışıb.

TodayPress TV xəbər verir ki, jurnalist basketbolçuların fransalı idmançını son açıqlamalarından sonra necə xarakterizə etdiklərini açıqlayıb.

Rayt “The Hoop Collective” podkastında bildirib ki, liqadakı bəzi oyunçular Vembanyamanı “Cənab Əxlaq” və “Cənab Yüksək Əxlaqi Dəyərlər” adlandırırlar. Onun sözlərinə görə, basketbolçular fransalının özünü başqalarından mənəvi baxımdan üstün tutduğunu düşünürlər.

Qeyd edək ki, Vembanyama noyabrın 22-də “Nyu-Orlean Pelikans” üzərində qazanılan 114:91 hesablı qələbədə 50 xal toplayıb və 19 ribaund edib. Qarşılaşmadan sonra fransalı basketbolçu bir çox həmkarından fərqli olaraq, statistik göstəricilərini süni şəkildə yaxşılaşdırmağı bacarmadığını bildirib. Bu açıqlama geniş müzakirələrə səbəb olub.

Namiq HUN

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər