Paşinyan Qriqoryanın istefasının səbəbini AÇIQLADI

Paşinyan Qriqoryanın istefasının səbəbini AÇIQLADI
26.11.2026 13:02 Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsində tələskənliyə yol verməsi barədə fikirlərinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Paşinyan brifinq zamanı Qriqoryanın mövqeyini tənqid edib.

“Əgər Armen Qriqoryanın belə prinsipial mövqeyi var idisə, Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsi qəbul edildikdən sonra istefa verməli və bununla da etirazını bildirməli idi”, – baş nazir deyib.

Paşinyan həmçinin Qriqoryana istefasından sonra başqa vəzifə təklif etdiyini, lakin onun bu təklifdən imtina etdiyini xatırladıb.

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər