“Ferrari” pilotlarının trasdaxili mübarizəsinə məhdudiyyət qoyulacaq
“Ferrari” rəhbərliyi Lyuis Hemilton və Şarl Lekler arasındakı mübarizəyə ciddi nəzarət etmək qərarına gəlib.
TodayPress TV “The Race” nəşrinə istinadən xəbər verir ki, İtaliya komandası mövsümün Qətər və Əbu-Dabi mərhələlərində pilotlarına bir-biri ilə sərbəst mübarizə aparmağa icazə verməyəcək.
Bildirilib ki, komanda rəhbərliyi iki pilot arasında trasdaxili rəqabəti məhdudlaşdıracaq.
Beləliklə, Hemilton və Lekler yalnız digər komandaların sürücüləri ilə mübarizə apara biləcəklər.
Namiq HUN