Xəstəxanalarda informasiya sistemləri çökdü - TƏBİB üzr istədi
TƏBİB-in tabeliyində
olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində
müvəqqəti fasilələr müşahidə olunur.
Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, fasilələrin
səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir.
"İnformasiya
sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən
tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ
qaydada həyata keçirilir.
Hazırda texniki
problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli
və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.
Vətəndaşlara göstərilən
tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.
Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumata qeyd olunub.