Trampdan İrana müharibə xəbərdarlığı: Vaxt daralır

Trampdan İrana müharibə xəbərdarlığı: Vaxt daralır
22.11.2026 22:22 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı xəbərdarlıq edib.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

O bildirib ki, Tehranla razılıq əldə edilməzsə, ABŞ Yeni ildən sonra İrana qarşı müharibəni bərpa edə bilər.

Trampın sözlərinə görə, hazırda İranla danışıqlar üçün imkan mövcuddur, lakin razılaşma əldə edilməyəcəyi təqdirdə hərbi əməliyyatların yenidən başlaması gündəmə gələ bilər.

Qeyd edək ki, ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər