ABŞ-nin ən böyük limanında rekord sayda kiberhücum qeydə alındı
ABŞ-nin ən böyük limanları kiberhücumların hədəfinə çevrilib.
TodayPress TV xəbər verir ki, “Financial Times”ın məlumatına görə, son aylarda ölkənin dəniz infrastrukturuna qarşı kiberhücum cəhdlərinin sayı kəskin artıb.
Nəşr yazır ki, təkcə Los-Anceles limanı avqust ayında 120 milyon haker hücumunun qarşısını alıb. ABŞ-nin ən böyük neft ixracı limanı olan Korpus-Kristi isə hər gün yüzlərlə, hətta minlərlə kiberhücum cəhdi ilə üzləşir.
Kübra Musayeva