Təxirə salınmış matç “Neftçi”nin yüksəlişi ilə bitdi

Təxirə salınmış matç “Neftçi”nin yüksəlişi ilə bitdi
22.11.2026 19:45 İdman

Azərbaycan Basketbol Liqasında (ABL) ilk turdan təxirə salınmış “Naxçıvan” - “Neftçi” oyunu başa çatıb. Paytaxt təmsilçisi 104:84 hesablı qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, noyabrın 22-də Bakı İdman Sarayında keçirilən qarşılaşmada “Neftçi” rəqibini 20 xal fərqlə üstələyib.

Beləliklə, Bakı komandası təxirə salınmış görüşdən qalib ayrılaraq turnir cədvəlində hesabına növbəti qələbəni yazdıraraq xallarını 13-ə çatdırıb və ikinci pilləyə yüksəlib. “Naxçıvan” isə 12 xalla üçüncüdür.

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər