Azərbaycan gimnastları Özbəkistandan 10 medalla qayıtdılar

Azərbaycan gimnastları Özbəkistandan 10 medalla qayıtdılar
22.11.2026 20:29 İdman

Azərbaycan gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində uğurlu nəticə göstəriblər.

TodayPress TV xəbər verir ki, noyabrın 16-dan 22-dək davam edən yarışda təmsilçilərimiz ümumilikdə 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Kişi idman gimnastikası üzrə yarışlarda Rəsul Əhmədzadə dəstəli atla hərəkətlərdə gümüş medala sahib olub.

Qadın idman gimnastikası üzrə isə Azərbaycan komandası həm fərdi, həm də komanda yarışlarında fərqlənib. Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət komandamız çoxnövçülük üzrə qızıl medal əldə edib.

Fərdi çoxnövçülükdə Dəniz Əliyeva qızıl, Nazənin Teymurova bürünc medala layiq görülüb. Gənclər arasında keçirilən yarışda Lalə Zamanlı gümüş medal qazanıb.

Ayrı-ayrı alətlər üzrə final mərhələlərində də gimnastlarımız uğurlu çıxış ediblər. Dəniz Əliyeva müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada bürünc medal əldə edib. Nazənin Teymurova isə dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda bürünc medala sahib olub.

Gənclər arasında müxtəlif hündürlüklü qollarda çıxış edən Leyla Məmmədzadə də yarışı bürünc medalla başa vurub.

Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turnirdə 10 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.

FOTOLAR

Azərbaycan gimnastları Özbəkistandan 10 medalla qayıtdılar — 1
Azərbaycan gimnastları Özbəkistandan 10 medalla qayıtdılar — 2
Azərbaycan gimnastları Özbəkistandan 10 medalla qayıtdılar — 3
Azərbaycan gimnastları Özbəkistandan 10 medalla qayıtdılar — 4
Azərbaycan gimnastları Özbəkistandan 10 medalla qayıtdılar — 5
XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər