“Nə müharibə, nə sülh”: Tehran çıxış yolunu açıqladı
İran müharibə təhlükəsinin qarşısını almaq üçün davamlı çəkindirmə mexanizmi formalaşdırmalıdır.
TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.
Onun sözlərinə görə, ölkədə nə müharibə, nə də sülh vəziyyətinin davam etməsi qəbuledilməzdir.
“Ölkəmizin üzərindəki müharibə təhlükəsini aradan qaldırmağın yeganə yolu davamlı çəkindirməyə nail olmaqdır. Mövcud vəziyyətin davam etməsini istəmiriksə, ölkəmizə yönələn təhdidləri aradan qaldırmalıyıq. Buna yalnız davamlı çəkindirmə yaratmaqla nail olmaq mümkündür”, – deyə Qalibaf vurğulayıb.
Kübra Musayeva