Trampdan Şumerə xəbərdarlıq: “Onunla işləmək çox çətin olacaq”

Trampdan Şumerə xəbərdarlıq: “Onunla işləmək çox çətin olacaq”
22.11.2026 18:27 Dünya

ABŞ Prezidenti Donald Tramp senator Çak Şumeri “Rusiya, Rusiya, Rusiya” qalmaqalını süni şəkildə gündəmdə saxlamaqda ittiham edib.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Tramp bildirib ki, Şumer Senatda çoxluğun lideri olarsa, onunla işləmək çətin olacaq.

“Bir vaxtlar o, lider vəzifəsində tamamilə uğursuzluğa düçar olub. Bu, tarixdəki ən uğursuz rəhbərliklərdən biri idi və əminəm ki, yenidən uğursuz olacaq.

Onun etdiyi yeganə şey ‘Rusiya, Rusiya, Rusiya’ adlı saxtakarlığı dəstəkləmək və şişirtmək, eləcə də çoxsaylı digər saxtakarlıqları və fırıldaqları gündəmə gətirmək olub. Məhz bunun sayəsində 2024-cü ildəki qələbəm asan və möhtəşəm oldu. İndi isə yenidən eyni məsələyə qayıdırıq”, – deyə Tramp qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər