Premyer Liqa: "Kəpəz"  "Qarabağ"la heç-heçə edib

Premyer Liqa: "Kəpəz"  "Qarabağ"la heç-heçə edib
22.11.2026 19:16 İdman

Azərbaycan Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edib.

TodayPress TV xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

Görüşdə cari mövsümün azarkeş rekordu qırılıb və matçı tribunadan 16 minə yaxın azarkeş izləyib.

"Qarabağ" 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Kəpəz" isə 18 xalla altıncıdır.

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" "Şəfa"nı (2:0), "Neftçi" isə "Araz-Naxçıvan"ı (3:1) məğlub edib.

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər