Almaniya Rusiyaya qarşı hazırlıqları niyə sürətləndirir?

Almaniya Rusiyaya qarşı hazırlıqları niyə sürətləndirir?
22.11.2026 21:30 Dünya

Almaniya Rusiyanın 2029-cu ildə NATO-ya hücum edəcəyini proqnozlaşdırmır. Bununla belə, ölkə mümkün hərbi qarşıdurmaya hazırlıqlarını davam etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Quru Qoşunlarının komandanı, yaxın zamanda Bundesverin baş müfəttişi vəzifəsini tutacaq general Kristian Freydinq “Bild” nəşrinə açıqlamasında bildirib.

General qeyd edib ki, vəziyyət nə qədər qeyri-müəyyən olarsa, Almaniya döyüş hazırlığını bir o qədər sürətlə artırmalıdır. Onun sözlərinə görə, məqsəd ölkənin hərbi gücünü gücləndirmək və mümkün hücumun qarşısını almaqdır.

Freydinq Litvada yerləşdirilən, təxminən 5 min hərbçidən ibarət Almaniya briqadasının NATO-nun şərq cinahındakı ön qüvvəsi olduğunu vurğulayıb. O, alyansın mümkün hücuma qarşı müdafiə planlarının işləyəcəyinə əminliyini ifadə edib.

General, həmçinin gələcək quru əməliyyatlarında pilotsuz uçuş aparatlarının (PUA) həlledici rol oynayacağını bildirib. Bu məqsədlə Bundesver batalyonların tərkibində əlavə pilotsuz sistemlər bölmələri yaratmağı planlaşdırır.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər