Gələcəyin müharibə texnologiyası Almaniyada sınaqdan keçirildi
ABŞ ordusu Almaniyada avtonom şəkildə hədəflərə hücum edə bilən dron sürüsü buraxılış qurğusunu sınaqdan keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sınaqlar Qrafenver poliqonunda keçirilib. Pilotsuz uçuş aparatları R3NEGADE adlı yerüstü robotlaşdırılmış platformada yerləşdirilən qurğudan havaya buraxılıb.
Dronlar buraxıldıqdan sonra operatorun birbaşa idarəetməsi olmadan müstəqil şəkildə müəyyən edilmiş hədəfə hücum ediblər.
Kübra Musayeva