Hörmüz boğazında təhlükəli vəziyyət: Gəmilərin hərəkəti kəskin azaldı
Hörmüz boğazından keçən gəmilərin sayı son bir həftə ərzində 15 faiz azalıb.
TodayPress TV xəbər verir ki, Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, noyabrın 12-dən 18-dək boğazdan 263 gəmi keçib. Əvvəlki həftə bu göstərici 308 olub.
Bildirilib ki, hazırda boğazda gəmi hərəkətinin intensivliyi münaqişə başlamazdan əvvəlki səviyyədən təxminən 65 faiz aşağıdır. Keçid edən gəmilərin təxminən yarısı enerji daşıyıcıları nəql edir.
Hesabat dövründə UKMTO tankerlərə qarşı altı hücumu təsdiqləyib. Onlardan dördü birbaşa Hörmüz boğazında, ikisi isə Fars körfəzində baş verib. İki gəminin köməyə ehtiyacı yaranıb.
Məlumata görə, gəmilərin batması ilə bağlı məlumat daxil olmayıb. Digər hücumların nəticələri isə hələlik məlum deyil.
Kübra Musayeva