Parataekvondo millimiz dünya çempionatını 5-ci pillədə başa vurub

Parataekvondo millimiz dünya çempionatını 5-ci pillədə başa vurub
22.11.2026 21:50 İdman

Parataekvondo üzrə Azərbaycan milli komandası Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında 5-ci yeri tutub.

TodayPress TV xəbər verir ki, yığmamız mundialda 1 qızıl və 1 bürünc medal qazanaraq ümumi komanda sıralamasında beşinci olub. K44 kateqoriyası üzrə kişilər arasında isə Azərbaycan komandası ikinci pillədə qərarlaşıb.

Milli komandamızın heyətində Sabir Zeynalov (58 kq) dünya çempionu adını qazanıb, İmaməddin Xəlilov (70 kq) isə bürünc medala sahib çıxıb.

Gənc idmançılarımız Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) da dünya çempionatında debüt edərək beynəlxalq təcrübə qazanıblar.

Yarışın yekunlarına əsasən, milli komandanın 5-ci yeri tutması münasibətilə kubok baş məşqçi Fərid Tağızadəyə təqdim olunub.

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər