Sosial xərclər artdı: Daha hansı artımlar olacaq?

Sosial xərclər artdı: Daha hansı artımlar olacaq?
29.09.2025 11:48 Sosial

“2025-ci ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb.

“Bu isə həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir”.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib.

O bildirib ki, DSMF-nin xərclərindəki bu dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət, təqaüd və pensiya alanların sayının artması ilə bağlıdır:

“Belə ki, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq 466 min 210 nəfər, təqaüd alanların sayı 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb. Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd alanların sayı 17.3 min nəfər çox olub. Artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların sayında da özünü göstərib. 2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 min 665 sosial müavinət və təqaüd təyin olunub ki, bu da 5 minə yaxın artım deməkdir”.

Millət vəkili vurğulayıb ki, pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-dəki vəziyyətə əsasən, pensiyaçıların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.3 min nəfər artaraq 1103,3 minə çatıb. Sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın sayındakı artımlar da DSMF-nin xərclərinə təsir göstərib.

“2025-ci ildə DSMF-in xərclərinin artımı öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq edilmiş xərcləri 6 milyard 949 milyon manat təşkil edirdisə, 2025-ci il üçün bu rəqəm 7 milyard 676 milyon manata yüksəldilib. Yəni, bu il fondun xərclərinin təxminən 10% artması gözlənilir. Növbəti dövrdə sosial müdafiə tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə əlavə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta ilə bağlıdır. Bu sahələrdəki artımlar fondun xərclərinin də yüksəlməsi deməkdir”

V.Bayramovun sözlərinə görə, artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiscal dayanıqlıq baxımından vacib amillərdəndir.

Aysel Mətləb

TodayPress TV


XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər