Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı

Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı
19.10.2026 15:16 Sosial

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.

TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb.

Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.


TodayPress TV

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər