Deputatın oğlu da həbs edildi - YENİLƏNDİ

Deputatın oğlu da həbs edildi - YENİLƏNDİ
25.10.2026 21:20 Sosial

Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

TodayPress TV Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində verilib.

Qeyd edək ki, Əhməd Əli-zadə deputat Arzuxan Əlizadənin oğludur.

***

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV Report-a istinadla xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində qəbul olunub.

Qərara görə, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.

Əli-zadə Əhməd Arzuxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər