Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
24.10.2026 19:40 Kriminal

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub.

Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov, Emin Rəhimov və isə qəsdən adamöldürməyə görə saxlanılıblar.

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər