DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalandı

DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalandı
15.10.2025 12:27 Sosial

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Serbiya arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə TodayPress TV-yə DSMF-dən məlumat verilib.

Bildirilib ki, fondun sədri Zəka Mirzəyev Azərbaycanda səfərdə olan Serbiyanın Pensiya və Əlillik Sığortası Fondunun (PƏSF) direktoru Relja Ognjenoviçin və Sosial Sığorta Qurumunun (SSQ) direktoru Zoran Panoviçin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Z.Mirzəyev Fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, ölkədə son illər ərzində həyata keçirilən sosial islahat paketləri, pensiya sistemində tətbiq olunan yeniliklər və sosial xidmətlərin elektronlaşdırılması barədə məlumat verib.

Relja Ognjenoviç, Zoran Panoviç Serbiyada pensiya və sosial sığorta sisteminin strukturu, tətbiq olunan müasir texnoloji həllər, elektron xidmətlər və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə danışıblar.

Görüşdə sosial sığorta və pensiya təminatı sahəsində fikir mübadiləsi aparılıb, sosial xidmətlərin rəqəmsal transformasiyası, biznes proseslərinin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub, qurumlar arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

TodayPress TV

FOTOLAR

DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalandı — 1
DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalandı — 2
DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalandı — 3
DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalandı — 4
DSMF ilə Serbiya arasında Anlaşma Memorandumu imzalandı — 5
XƏBƏR LENTİ
03 IYUN 2026
"Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 Bütün Xəbərlər