C-130 təyyarəsində şəhid olan hərbçinin ailəsi ziyarət edildi

Sosial

20.01.2026 19:02

Azərbaycan nümayəndə heyəti C-130 təyyarəsində şəhid olan hərbçinin ailəsini ziyarət edib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin attaşesi general-mayor Zaur Zeynalov və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Berkay Karacanın Kırkıareli Vilayətinin Lüleburqaz rayonunda yaşayan ailəsini ziyarət ediblər.

ziyarət zamanı general-mayor Zaur Zeynalov şəhidin ailəsi ilə yaxından maraqlanaraq onlara başsağlığı verib. 

Görüş zamanı Azərbaycan Respublikasının bayrağı şəhidin ailəsinə təqdim olunub.

(APA)

TodayPress TV

tag: Türkiyə,Şəhid,Ziyarət,Görüş,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo