Daha bir ekspres marşrut fəaliyyətə başlayır

Daha bir ekspres marşrut fəaliyyətə başlayır
04.09.2026 16:46 Sosial

Sentyabrın 6-dan metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Avtobusların “20 Yanvar” metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, “Velotrek” adlanan ərazinin qarşısı, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər