Azad edilmiş ərazilərdə insan sayı 100 minə yaxınlaşır – XİN rəhbəri
İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Nazir həmin ərazilərdə aparılan bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı və məskunlaşma prosesinin gedişi barədə həmkarına məlumat verdiyini deyib. O, bu prosesin sürətlə davam etdiyini diqqətə çatdırıb.
Qiymət Mahir