YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir
21.07.2025 11:53 Siyasət

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakim Ulusal Birlik Partiyasının (UBP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət YAP nümayəndə heyəti Barış Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdədir.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində YAP nümayəndə heyəti bir sıra görüşlər keçirib.

İyulun 19-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan və ŞKTC arasında tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətləri vurğulanıb, siyasi partiyalar arasında əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub. Tərəflər mədəniyyət, təhsil və gənclər sahəsində birgə təşəbbüslərin və müştərək layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

YAP nümayəndə heyəti Şimali Kiprin Baş naziri Ünal Üstel ilə də görüşüb. Görüş zamanı Azərbaycan və ŞKTC arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət imkanlarının araşdırılması, turizm, təhsil və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında müzakirələr aparılıb. Tərəflər regionda sülh və sabitliyin qorunmasının vacibliyini də xüsusi olaraq qeyd ediblər.

Bundan əlavə, nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüş keçirib. Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlar arasında təcrübə və informasiya mübadiləsi, eləcə də qanunvericilik sahəsində birgə müzakirələrin təşkili imkanları dəyərləndirilib. Qarşılıqlı səfərlərin və komitələrarası əməkdaşlığın gücləndirilməsi xüsusi olaraq vurğulanıb.

Günün sonunda YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Ziya Öztürkler və xanımı Oya Öztürklerin adından Barış Hərəkatının 51-ci ildönümü münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər