Çinin xarici işlər naziri Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Azərbaycana səfər edəcək
12.10.2026 16:47 Siyasət

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq cümə axşamı günü Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Müşavirəsinin (CICA) yeddinci zirvə görüşündə "Sədr Si Cinpinin xüsusi nümayəndəsi" kimi iştirak edəcək.

Bildirilib ki, səfər oktyabrın 14-dən 20-dək davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər