Marqus Tsahkna: Ukraynada müharibəni yalnız Putin dayandıra bilər
Ukraynada davam edən müharibənin dayandırılması üçün qərarı yalnız Rusiya Prezidenti Vladimir Putin verə bilər, o da bunu etmir.
TodayPress TV xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Estoniya Rusiyanın qonşuluğunda yerləşən ölkə kimi təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.
O, birbaşa Kiyevdən Bakıya gəldiyini, ötən gecə Ukrayna paytaxtının güclü ballistik raket hücumlarına məruz qaldığını bildirib. Nazir hücumlar nəticəsində uşaq bağçalarının da zərər gördüyünü qeyd edib.
Marqus Tsahkna Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etməsindən narahatlığını ifadə edərək, hər gün daha çox insanın həlak olduğunu vurğulayıb.
“Bu müharibəni dayandırmaq lazımdır. Lakin bunu yalnız bir nəfər edə bilər – Putin”, – deyə nazir bildirib.
Qiymət Mahir