Azərbaycan–Ermənistan normallaşması regionda yeni imkanlar açır - Tsahkna

Azərbaycan–Ermənistan normallaşması regionda yeni imkanlar açır - Tsahkna
27.11.2026 13:22 Siyasət

Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regionda yeni perspektivlər açır.

TodayPress TV xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regionda yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır.

O, Estoniyanın regiona bağlılığını nümayiş etdirən addımlardan birinin də bu il Ermənistanda yeni səfirliyin açılması olduğunu bildirib.

Marqus Tsahkna Estoniyanın Cənubi Qafqazda uzunmüddətli iştirak və əməkdaşlıq niyyətində olduğunu vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər