Estoniya XİN rəhbəri: Bakıda səfirliyin açılması uzunmüddətli öhdəliyimizin göstəricisidir

Estoniya XİN rəhbəri: Bakıda səfirliyin açılması uzunmüddətli öhdəliyimizin göstəricisidir
27.11.2026 12:54 Siyasət

Estoniyanın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafına və regiona uzunmüddətli bağlılığın göstəricisidir.

TodayPress TV xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Estoniyanın əhalisi 1,3 milyon nəfərdir və ölkəsi üçün hər bir səfirliyin açılması böyük əhəmiyyət daşıyır.

O vurğulayıb ki, Azərbaycan və Estoniya xalqlarını uzun tarix, ortaq anlayışlar və şəxsi əlaqələr birləşdirir. Bakıda səfirliyin açılması isə Estoniyanın Azərbaycanla münasibətlərə uzunmüddətli perspektivdən yanaşdığını göstərir.

Qiymət Mahir

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər