Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır - Nazir

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır - Nazir
27.11.2026 12:42 Siyasət

Azərbaycan və Estoniya arasında iqtisadi-ticarət əlaqələri ilə yanaşı, enerji əməkdaşlığı və yaşıl transformasiya perspektivləri də müzakirə olunub.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, müzakirələr zamanı Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və strateji sahələrdə əməkdaşlığı barədə estoniyalı həmkarına məlumat verib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna diqqət çəkib. Bildirib ki, uzun illər ərzində Avropanın neft təchizatında mühüm rol oynayan Azərbaycan 2021-ci ildən etibarən təbii qaz ixracını da bu istiqamətdə genişləndirib.

Bununla yanaşı, Avropa İttifaqının dəstəyi, bir sıra üzv ölkələrin, Azərbaycanın və regionun digər dövlətlərinin iştirakı ilə yaşıl enerji sahəsində həyata keçirilən layihələr barədə məlumat verilib.

Ceyhun Bayramov, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında bağlantılar üzrə dialoqun mövcud vəziyyətinin müzakirə edildiyini bildirib. Görüşdə ölkəmizdə inşa olunan infrastruktur layihələri, onların əhəmiyyəti və dəhlizin ötürücülük qabiliyyətinin artırılması istiqamətində Azərbaycanın atdığı praktiki addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər