Təbii qaz 4%-dən çox bahalaşdı

Sənaye və energetika

08.04.2026 09:36

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.

TodayPress TV xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 4.27% dəyər itirərək 2.7474 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 6.32% yüksələrək 53.25 avroya bərabər olub.

TodayPress TV

tag: Qaz,Əmtəə,Birja,Ucuzlaşma,Todaypress.tv,