Tələbə qızın etirazı Pezeşkianın çıxışını yarımçıq qoydu - VİDEO
İran Prezidenti Məsud Pezeşkian Məşhəd şəhərindəki Firdovsi Universitetində çıxışını tələbə qızlardan birinin etirazından sonra yarımçıq dayandırıb.
TodayPress TV xəbər verir ki, tələbə tədbirin təşkilindən narazılığını bildirib və tələbələrin fikirlərini sərbəst ifadə etmək imkanlarının məhdudlaşdırılmasına etiraz edib.
Pezeşkian isə tələbədən yerində əyləşməsini istəyib və baş verənlərə narazılığını ifadə edib.
“Qızım, yerinizə əyləşin... Elə şərait yaradırlar ki, gələcəkdə belə tədbirlərdə iştirak etməyək. Qarşıda daha bir iclasımız var. Düşünürəm ki, burada çıxışı davam etdirməyin artıq mənası yoxdur”, – deyə İran Prezidenti bildirib.
Kübra Musayeva