İki ölkə Putinə gizli zəng etdi

İki ölkə Putinə gizli zəng etdi
25.11.2026 22:43 Dünya

Finlandiya və Norveç Baltik dənizində hərbi qarşıdurmanın qarşısını almaq məqsədilə Rusiya ilə məxfi danışıqlar aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qahr Störe Rusiya Prezidenti Vladimir Putinlə əlaqə yaratmaq üçün rusiyalı iş adamının vasitəçiliyindən istifadə ediblər.

Məlumata əsasən, vasitəçi Norveçə gedərək yüksək vəzifəli şəxslərlə görüşüb, daha sonra Moskvaya qayıdaraq Putinə mesaj çatdırıb. Oktyabrın 27-də isə Finlandiya və Norveç liderləri Rusiya prezidenti ilə telefon danışığı aparıblar.

Stubb və Störe Putini NATO-nun Baltik dənizində blokada yaratmaq niyyətində olmadığına inandırmağa çalışıblar. Stubba görə, Finlandiyanın sülh dövründə Baltik dənizini blokadaya almaq niyyəti yoxdur və ölkə beynəlxalq hüquqa uyğun hərəkət edəcək.

WSJ-nin yazdığına görə, Moskva daha əvvəl NATO-nu Baltik regionunda mümkün blokada ilə bağlı xəbərdar edib və öz maraqlarını qorumaq üçün qabaqlayıcı nüvə zərbələri endirə biləcəyini bildirib.

Baltik dənizində gərginlik Qərb ölkələrinin Rusiyanın “kölgə donanması”na aid tankerləri ələ keçirmək cəhdləri fonunda artıb. Rusiya dəniz yolu ilə ixrac etdiyi neftin 60 faizindən çoxunu Baltik dənizi vasitəsilə daşıyır.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər