London təyyarələrini gizlədir, ətrafına tor çəkir - Səbəb nədir?
Böyük Britaniyanın Hərbi Hava Qüvvələri mümkün dron hücumları ilə əlaqədar təyyarələrini gecə saatlarında anqarlara və mühafizə olunan sığınacaqlara yerləşdirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bununla paralel olaraq, Böyük Britaniya Silahlı Qüvvələrinin komandanlığı aviasiya texnikasının mühafizəsini gücləndirmək üçün planlar hazırlayır. Əsas ideyalardan biri hava zərbələrinin qarşısını almaq məqsədilə döyüş təyyarələrinin ətrafında xüsusi antidron torlarının yaradılmasıdır.
Bu tədbirlər ölkənin aviabazalarında təhlükəsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə artırıldığını göstərir. Görülən tədbirlərə baxmayaraq, yeni mühafizə sistemlərinin tətbiqinin təfərrüatları və onların istifadəyə veriləcəyi konkret tarixlər hələlik açıqlanmır.
Aysel Mətləb