Yaponiya Rusiyanın "burnunun ucuna" hipersəs raketləri yerləşdirir
Yaponiyanın Müdafiə Nazirliyi Rusiyaya ən yaxın ada olan Hokkaydoda hipersəs sürüşmə blokları ilə təchiz edilmiş "Type-25" raket sistemlərini dekabrın əvvəlində yerləşdirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.
"NHK"-nın məlumatına görə, Müdafiə Nazirliyi Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin “əks-hücum potensialı” kimi də istifadə olunacağı bildirilən uzaqmənzilli raketləri üçün buraxılış qurğularını və digər avadanlıqları artıq gələn ayın əvvəlində Hokkaydo adasındakı Kamifurano hərbi bazasına gətirəcək və dərhal sonra onların yerləşdirilməsinə başlayacaq. Sistemlərin mənzilinin yüzlərlə kilometr olduğu ehtimal edilir.
Bu raketlər “əks-zərbə” silahları adlandırılan kateqoriyaya aid edilir. Onların yerləşdirilməsi Yaponiyanın 2022-ci ildə yenilənmiş milli təhlükəsizlik strategiyasında nəzərdə tutulub.
Aysel Mətləb