Tramp Ayovadakı zəhərli partlayışdan danışdı: "Ordu gözləntiləri üstələdi"
ABŞ Quru Qoşunlarının Ayova ştatındakı zavodda zəhərli maddələrin partladılmasının ətraf mühitə təsirini minimuma endirmək üçün gördüyü tədbirlər gözləntiləri üstələyib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə Prezidenti Donald Tramp bildirib.
“İovadan daxil olan ilkin məlumatlara görə, ordunun partlayışın nəticələrini azaltmaq üçün gördüyü tədbirlər gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib”, - deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələri Ayova ştatındakı zavodda 4,5 ton qurğuşun azidinin nəzarətli şəkildə partladılması əməliyyatını həyata keçirib.
Aysel Mətləb