Qahirədə yanacaq tankeri aşdı, azı 30 nəfər həlak oldu - VİDEO

Qahirədə yanacaq tankeri aşdı, azı 30 nəfər həlak oldu - VİDEO
25.11.2026 23:14 Dünya

Misirdə əhalinin sıx məskunlaşdığı Qahirə rayonunda yanacaq tankerinin aşması və partlaması nəticəsində baş verən yanğın azı 30 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralıların xəstəxanalara çatdırılması üçün Əl-Varrak rayonunda baş verən qəza yerinə təxminən 40 təcili tibbi yardım maşını göndərilib.

Əl-Varrak Misirin paytaxtında Nil çayının qərb sahilində yerləşən, əsasən fəhlə və orta təbəqənin yaşadığı rayondur.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər