Dövlətə məxsus şirkətlərlə bağlı qərara dəyişiklik edildi

Dövlətə məxsus şirkətlərlə bağlı qərara dəyişiklik edildi
13.11.2026 18:16 Sənaye və energetika

Nazirlər Kabineti "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 4 iyun 2019-cu il tarixli qərarında dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu qərar Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan qurumlara və ya tabeliyində olan hüquqi şəxslərə, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan hüquqi şəxslərə, habelə onlar tərəfindən hüquqi şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi yolu ilə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə şamil edilmir.

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər