CEV Çempionlar Liqası: "Turan" komandası qrupdakı ilk oyunda məğlub oldu

CEV Çempionlar Liqası: "Turan" komandası qrupdakı ilk oyunda məğlub oldu
25.11.2026 23:50 İdman

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyada "Savino Del Bene" klubunun qonağı olub.

Florensiya şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Xatırladaq ki, "Turan" D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları ilə də üz-üzə gələcək.

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər